Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Madriddə kütləvi etiraz aksiyası keçirilib
Ana Sayfa > Karusel / Dünya > Madriddə kütləvi etiraz aksiyası keçirilib

Madriddə kütləvi etiraz aksiyası keçirilib


Bu gün, 08:01. Yazar: Admin

Madriddə kütləvi etiraz aksiyası keçirilib

İspaniyanın paytaxtı Madriddə ümumi tətil çərçivəsində azı 120 min nəfərin iştirak etdiyi etiraz aksiyası keçirilib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Madrid muxtar icmasının hökumət nümayəndəliyi məlumat yayıb.

Aksiya mənzil böhranı, yüksək qiymətlər və əməkhaqqılarının artırılması tələbləri ilə təşkil olunub. Oxşar aksiyaların ölkənin digər şəhərlərində də keçirilməsi planlaşdırılır.

24 saatlıq ümumi tətil noyabrın 11-də başlayıb. Etirazçılar münasib qiymətə mənzil və layiqli əməkhaqqı tələb edirlər. Aksiya zamanı bəzi yollarda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Yerli mətbuatın məlumatına görə, aksiyalar zamanı təxminən 50 nəfər saxlanılıb. Həmkarlar ittifaqları bəzi hallarda polisin etirazçılara qarşı güc tətbiq etdiyini bildiriblər.

Qeyd edək ki, İspaniyada noyabrın 29-na növbədənkənar parlament seçkiləri təyin olunub.


Geri dön