Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Tramp İranla bağlı: Ümid edirəm ki, bu ölkəni bir daha dağıtmağa ehtiyac qalmayacaq
Ana Sayfa > Karusel / Dünya > Tramp İranla bağlı: Ümid edirəm ki, bu ölkəni bir daha dağıtmağa ehtiyac qalmayacaq

Tramp İranla bağlı: Ümid edirəm ki, bu ölkəni bir daha dağıtmağa ehtiyac qalmayacaq


Bu gün, 07:56. Yazar: Admin

Donald Tramp

 

ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatların bundan sonra İran ərazisinə zərbələr endirməli olmayacağına ümid etdiyini bildirib.

Qarabaginfo.az xəbər verir ki, Tramp bu barədə Veteranlar Günü münasibətilə çıxışı zamanı danışıb.

“ABŞ İranla müharibəyə başlamayıb. İran 1979-cu ildən bəri Amerikaya qarşı müharibə aparır. Bu məsələ çoxdan həll edilməli idi. Nəhayət, indiki administrasiya dövründə kimsə müqavimət göstərmək qərarına gəldi. Hamımız müqavimət göstərdik. Biz ciddi cavab verdik və qalib gəldik. Yalnız bunu nə vaxt başa çatdırmaq istədiyimiz sualı qalıb. Biz 93 faizlik deyil, tam qələbə əldə etmək istəyirik. Qələbə tam olacaq. Dağıtdıqlarımızı bərpa etmək üçün onlara 25 il lazım olacaq. Ümid edirəm ki, bu ölkəni bir daha dağıtmağa ehtiyac qalmayacaq. Hər şeyi əvvəlki vəziyyətinə qaytarmaq üçün qarşımızda böyük işlər dayanır”, – Tramp bildirib.


Geri dön