G7 ölkələri Ukraynaya hava hücumundan müdafiə sistemləri və uzaqmənzilli silahların tədarükünü artırmaq barədə razılığa gəliblər.
Qarabaginfo.az xəbər verir ki, bu barədə G7 ölkələrinin xarici işlər nazirlərinin Parisdə keçirilən görüşünün yekunlarına dair birgə bəyanatda bildirilib.
Sənəddə qeyd olunub ki, G7 ölkələri Ukraynanın hava hücumundan müdafiə imkanlarının gücləndirilməsi, o cümlədən hava hücumundan müdafiə sistemləri və raketlərinin, eləcə də uzaqmənzilli silahların tədarükünün artırılması istiqamətində səyləri davam etdirmək niyyətindədirlər.
Bəyanatda, həmçinin Ukraynanın 2027-ci ildə və sonrakı dövrdə maliyyələşdirilməsinin təmin edilməsinin zəruriliyi vurğulanıb.