Ana Sayfa > Karusel / Siyasət > Uşakov: Putin Trampın nümayəndələri ilə sabah günün birinci yarısında görüşəcək

Uşakov: Putin Trampın nümayəndələri ilə sabah günün birinci yarısında görüşəcək


Dünən, 21:37. Yazar: Admin

ABŞ Prezidenti Donald Trampın xüsusi elçiləri Cared Kuşner və Stiv Uitkoff

 

Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampın xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşnerlə sabah günün birinci yarısında görüşəcək.

Qarabaginfo.az xəbər verir ki bunu Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.

Onun sözlərinə görə, Putinin Uitkoff və Kuşnerlə görüşü həmişəki kimi, protokola uyğun olaraq keçiriləcək.

Qeyd edək ki, Uitkoff və Kuşner Əbu-Dabidə keçirilən üçtərəfli danışıqlardan sonra sabah Putinlə görüşmək üçün Moskvaya səfər edəcəklər. Onların Moskvadan sonra Dublində Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqları planlaşdırılıb.


Geri dön