Rusiyanın ABŞ-dakı səfiri Aleksandr Darçiyev vəfat edib.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ABŞ-dakı səfir Aleksandr Nikitiç Darçiyev 11 noyabrda 66 yaşında qəflətən vəfat edib.
Qeyd edək ki, 2014-cü ildən 2021-ci ilə qədər diplomat Rusiyanın Kanadadakı səfiri vəzifəsində çalışıb.
2025-ci ilin yazında Vladimir Putin Aleksandr Darçiyevi Rusiyanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri təyin edib.