Ana Sayfa > Karusel / Dünya > ABŞ üç nəfəri Britaniyadakı hərbi bazaya hücum hazırlamaqda ittiham edib

ABŞ üç nəfəri Britaniyadakı hərbi bazaya hücum hazırlamaqda ittiham edib


Dünən, 07:49. Yazar: Admin

ABŞ üç nəfəri Britaniyadakı hərbi bazaya hücum hazırlamaqda ittiham edib

ABŞ Ədliyyə Nazirliyi İran və İraq vətəndaşı olan üç nəfərə qarşı ittiham irəli sürüb.

Qarabaginfo.az xəbər verir ki, onlar 2026-cı ilin sentyabrında ABŞ hərbi qüvvələrinin yerləşdiyi Britaniyanın Feyrford aviabazasına terror hücumu hazırlamaqda ittiham olunur.

ABŞ hökumətinin iddiasına görə, təqsirləndirilən şəxslər İranyönümlü “Kətaib Hizbullah” silahlı qruplaşmasını və İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) dəstəkləyiblər.

Onlar həmçinin Avropa və ABŞ-da 20-yə yaxın hücum və hücum cəhdində iştirakda şübhəli bilinirlər.

Qeyd edək ki, həmin üç nəfəri ömürlük həbs cəzası gözləyir.


Geri dön