İspaniyada əməkhaqlarının artırılması və mənzil əlçatanlığının təmin edilməsi tələbi ilə 11 noyabr tarixində 24 saatlıq ümumi tətil keçiriləcək.
Qarabaginfo.az xəbər verir ki, tətilə ölkənin iki böyük həmkarlar ittifaqı – CC OO və UGT dəstək verib.
Gün ərzində müxtəlif şəhərlərdə etiraz aksiyaları təşkil olunacaq. Həmkarlar ittifaqları yaşayış xərclərinin artdığını, mənzil qiymətlərinin əlçatmaz olduğunu bildirərək 2027-ci ildə minimum əməkhaqqının ən azı 7 faiz artırılmasını tələb edirlər.