Ana Sayfa > Karusel / Dünya > İsrail Qəzza ilə bağlı Trampın planının həyata keçirilməsi üçün şərtlərini irəli sürüb

İsrail Qəzza ilə bağlı Trampın planının həyata keçirilməsi üçün şərtlərini irəli sürüb


Dünən, 07:42. Yazar: Admin

İsrail Qəzza ilə bağlı Trampın planının həyata keçirilməsi üçün şərtlərini irəli sürüb

İsrail ABŞ prezidenti Donald Trampın Qəzza zolağı ilə bağlı 20 bəndlik planının həyata keçirilməsi üçün vasitəçilərdən HAMAS-ın bütün ərazi üzrə dərhal tərksilah edilməsini tələb etmələrini istəyib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə noyabrın 10-da İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi məlumat yayıb.

Məlumatda bildirilib ki, plana əsasən, Qəzzanın bərpasına başlanmazdan əvvəl HAMAS tərksilah edilməli, bölgə isə hərbsizləşdirilməlidir. İsrail tərəfi HAMAS-ın indiyədək heç bir silah təhvil vermədiyini vurğulayıb.

 


Geri dön