Ana Sayfa > Karusel / Region > Gürcüstan Prezidenti COP31-də iştirak edəcək
Gürcüstan Prezidenti COP31-də iştirak edəcəkBu gün, 17:59. Yazar: Admin |
|
Gürcüstan Prezidenti Mixeil Kavelaşvili bu gün Türkiyəyə yollanacaq. Qarabaginfo.az xəbər verir ki, o, Antalyada keçirilən BMT-nin İqlim Dəyişikliyi Konfransında (COP31) iştirak edəcək. Mixeil Kavelaşvili noyabrın 11-də konfrans iştirakçıları və dünya liderləri qarşısında çıxış edəcək. Prezidentlə yanaşı tədbirə Gürcüstanın ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Davit Sonqulaşvili, həmçinin xarici işlər nazirinin müavini Aleksandre Xvtisiaşvili qatılacaqlar. Geri dön |