ABŞ prezidenti Donald Tramp hakim Respublikaçılar Partiyasının aralıq seçkilərindəki məğlubiyyətindən sonra administrasiyasında kadr dəyişikliyi, o cümlədən işdən çıxarılmaların bildirib.
Qarabaginfo.az xəbər verir ki, Tramp bu barədə CBS telekanalına müsahibəsi zamanı deyib.
Administrasiyasını bəyəndiyini, lakin bəzi dəyişikliklər edə biləcəyini vurğulayan Tramp, “Bəli, müəyyən dəyişikliklər olacaq”, - deyib.
Qeyd edək ki, ABŞ-da aralıq seçkiləri noyabrın 3-də keçirilib. İlkin nəticələrə görə, demokratlar Konqresin hər iki palatasında çoxluğu əldə edib. Hazırda hər iki palatada üstünlük respublikaçılardadır.