Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > “Nəvələrim dedi, Prezidentlə şəkil çəkdir, başımızın üstündən asaq”
Ana Sayfa > Karusel / Siyasət > “Nəvələrim dedi, Prezidentlə şəkil çəkdir, başımızın üstündən asaq”

“Nəvələrim dedi, Prezidentlə şəkil çəkdir, başımızın üstündən asaq”


Bu gün, 21:54. Yazar: Admin

nevelerim-dedi-prezidentle-sekil-cekdir-basimizin-ustunden-asaq

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər.

Qarabaginfo.az-ın məlumatına görə, sakinlərə evlərinin açarları təqdim edildikdən sonra Prezidentlə kənd sakini arasında maraqlı dialoq yaşanıb.

Kənddə doğulub boya-başa çatan sakin nəvələrinin xahişi ilə Prezidentlə şəkil çəkdirmək istədiyini bildirib.

Kişi sakin: Bəli, bu kəndin sakiniyəm. Bəli, burada doğulub, burada böyüyüb, sürücü işləmişəm. Nəvələrim xahiş etdi ki, cənab Prezidentlə şəkil çəkdirərsən, gətirərsən, biz də başımızın üstündən asacağıq.

Prezident İlham Əliyev: Bəs işğal dövründə harada yaşayırdınız?

Kişi sakin: Bakıda.

Prezident İlham Əliyev: Bakıda? Şərait necə idi?

Kişi sakin: O qədər yaxşı deyildi, 33 ili yola verdik, Allah canını sağ eləsin.

Prezident İlham Əliyev: Hansı işlə məşğul idiniz?

Kişi sakin: Orada da öz maşınımla işləmişəm, “QAZ-53”üm var idi.

Prezident İlham Əliyev: İndi burada yenə sürücü?

Kişi sakin: Sürücülük. Maşının daşını atmışam, gedib.

Prezident İlham Əliyev: Burada nə işlə məşğul olacaqsınız?

Kişi sakin: Burada kənd təsərrüfatı ilə. Bizim camaat işlək camaatdır, cənab Prezident, əkəcəklər, biçəcəklər.


Geri dön