Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Nazir Anar Əliyev: İşsizlikdən sığorta fondunun xərclərində 19,8 faiz artım gözlənilir
Ana Sayfa > Karusel / İqtisadiyyat > Nazir Anar Əliyev: İşsizlikdən sığorta fondunun xərclərində 19,8 faiz artım gözlənilir

Nazir Anar Əliyev: İşsizlikdən sığorta fondunun xərclərində 19,8 faiz artım gözlənilir


Bu gün, 21:08. Yazar: Admin

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev

 

"2027-ci ildə İşsizlikdən sığorta fondunun gəlirləri 2026-cı ilin təsdiqlənmiş göstəricisindən 30,6 milyon manat və ya 12,8 faiz çox olmaqla 268,9 milyon manat həcmində nəzərdə tutulur".

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Qarabaginfo.az-a verilən məlumata görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı bildirib.

Nazir fondun 2027-ci il üzrə xərclərinin cari ilin təsdiqlənmiş göstəricisindən 52,8 milyon manat və ya 19,8 faiz çox olmaqla 319,2 milyon manat həcmində olması proqnozlaşdırıldığını deyib.

Bildirib ki, gələn il işsizlikdən sığorta fondunun vəsaiti hesabına 444 min şəxsin aktiv məşğulluq tədbirlərinə cəlb olunması gözlənilir.


Geri dön