Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205
Ana Sayfa > Karusel / Siyasət > “Azərbaycanın Zəfəri: hərbi strategiya, diplomatiya və milli birlik” mövzusunda konfrans keçirilib
“Azərbaycanın Zəfəri: hərbi strategiya, diplomatiya və milli birlik” mövzusunda konfrans keçirilibBu gün, 20:47. Yazar: Admin |
|
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində DTX-nin Heydər Əliyev adına Akademiyasının təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş “Azərbaycanın Zəfəri: hərbi strategiya, diplomatiya və milli birlik” mövzusunda respublika elmi-praktiki konfransı keçirilib. DTX-nin Mətbuat xidmətindən Qarabaginfo.az-a verilən məlumata görə, tədbirdə DTX-nin rəhbər şəxsləri, Milli Məclisin deputatları, təhlükəsizlik orqanlarının veteranları, xüsusi təyinatlı və mülki ali təhsil müəssisələrinin professor-müəllim heyəti iştirak ediblər. Konfransda giriş nitqi ilə çıxış edən Akademiyanın rəisi general-mayor Elşad Nəsirov 44 günlük Vətən müharibəsindəki Zəfəri xalqımızın dövlətçilik tarixinin ən mühüm hadisəsi kimi qiymətləndirərək müvafiq Qələbənin Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi ordu quruculuğu, hərbi strategiya, diplomatik fəaliyyət və xalqın birliyinin nəticəsi olduğunu vurğulayıb. Çıxışda həmçinin, tarixi Zəfərin dövlətimizin qüdrətinin, xalqımızın yenilməz iradəsinin və gələcəyə inamının təcəssümü kimi gələcək nəsillər üçün əbədi qürur mənbəyi olacağı qeyd edilib. Daha sonra Milli Məclis sədrinin müavini, akademik Rafael Hüseynov qələbənin əsasında Heydər Əliyev siyasi irsinin davamçısı Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə yanaşı, onun Vətən müharibəsi dövründə xarici mediaya verdiyi müsahibələrin haqlı mövqeyimizin dünyaya çatdırılmasındakı əhəmiyyətinə diqqət çəkib. Yekunda konfransın mövzusuna həsr olunmuş videoçarx nümayiş etdirilib.
Geri dön |