Ana Sayfa > Karusel / Dünya > Türkiyə parlamenti Məkkə sazişini ratifikasiya edib

Türkiyə parlamenti Məkkə sazişini ratifikasiya edib


Bu gün, 08:09. Yazar: Admin

Türkiyə parlamenti Məkkə sazişini ratifikasiya edib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında birgə müdafiə əməkdaşlığını nəzərdə tutan Məkkə sazişinin ratifikasiyasına dair qanun layihəsi Türkiyə Böyük Millət Məclisinin (TBMM) Baş Assambleyasında qəbul edilib.

Qarabaginfo.az xəbər verir ki, parlamentdə keçirilən müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq təsdiqlənib.

Qeyd edək ki, saziş üç ölkənin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması istiqamətində müdafiə əməkdaşlığının gücləndirilməsini nəzərdə tutur.


Geri dön