Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Fransada etiraz aksiyalarına 250 mindən çox insan qatılıb
Ana Sayfa > Karusel / Dünya > Fransada etiraz aksiyalarına 250 mindən çox insan qatılıb

Fransada etiraz aksiyalarına 250 mindən çox insan qatılıb


Bu gün, 21:16. Yazar: Admin

Fransada etiraz aksiyalarına 250 mindən çox insan qatılıb

Bu gün Fransanın bir sıra şəhərlərində maaşların artırılması tələbi ilə keçirilən kütləvi etiraz aksiyalarında 250 mindən çox insan iştirak edib.

Bu barədə “Le Figaro” qəzeti Həmkarlar ittifaqlarına istinadən məlumat yayıb.

Aksiyaların iştirakçıları maaşların artırılmasını tələb edərək hökuməti konkret addımlar atmağa çağırıblar.

Fransanın Ümumi Əmək Konfederasiyasının Baş katibi Sofi Bine Parisdə keçirilən yürüşdən əvvəl hökumətə xəbərdarlıq edib: “Mesajımız belədir: bizi heç nə dayandıra bilməz. Səfərbərliyə yalnız tələblərimizə veriləcək cavab son qoya bilər. Hökumət nə qədər çox gözləsə, bunun bədəli bir o qədər yüksək olacaq”.


Geri dön