Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Məcburi köçkünlükdən əvvəl işğal olunmamış rayon sakini ilə nikahda olmuş kişilər və uşaqları “məcburi köçkün” statusu alacaq
Ana Sayfa > Karusel / Sosial > Məcburi köçkünlükdən əvvəl işğal olunmamış rayon sakini ilə nikahda olmuş kişilər və uşaqları “məcburi köçkün” statusu alacaq

Məcburi köçkünlükdən əvvəl işğal olunmamış rayon sakini ilə nikahda olmuş kişilər və uşaqları “məcburi köçkün” statusu alacaq


Bu gün, 20:44. Yazar: Admin

Məcburi köçkünlükdən əvvəl işğal olunmamış rayon sakini ilə nikahda olmuş kişilər və uşaqları “məcburi köçkün” statusu alacaq

Məcburi köçkünlüyü yaradan hallardan əvvəl işğal olunmamış şəhər (rayon) sakini ilə nikahda olmuş, lakin sakini olduğu işğal olunmuş rayondan pasport qeydiyyatından çıxmayan kişilərə və uşaqlarına “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə veriləcək.

Qarabaginfo.az xəbər verir ki, bu, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin qərarı ilə “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”da edilən dəyişiklikdə əksini tapıb.

İndiyə qədər məcburi köçkünlüyü yaradan hallardan əvvəl işğal olunmamış şəhər (rayon) sakini ilə nikahda olmuş, lakin sakini olduğu işğal olunmuş rayondan pasport qeydiyyatından çıxmayan qadınlara və onların uşaqlarına “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilib.

Dəyişikliyə əsasən, məcburi köçkünlüyü yaradan hallardan əvvəl işğal olunmamış şəhər (rayon) sakini ilə nikahda olmuş, lakin sakini olduğu işğal olunmuş rayondan pasport qeydiyyatından çıxmayan şəxslərə və onların uşaqlarına (rayonun işğalınadək həmin ərazidə faktiki yaşayan şəxslər və onların uşaqları istisna olmaqla) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə veriləcək.


Geri dön