Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205
Ana Sayfa > Karusel / Region > Mirzoyan Ermənistanın KTMT-dən niyə rəsmən çıxmadığına aydınlıq gətirib
Mirzoyan Ermənistanın KTMT-dən niyə rəsmən çıxmadığına aydınlıq gətiribBu gün, 20:35. Yazar: Admin |
|
Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) üzvlüyünü dondurub və təşkilatın fəaliyyətində iştirakını bərpa etmək üçün imkan görmür. "News-Armenia" xəbər verir ki, bunu Ermənistanın xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan noyabrın 5-də parlamentdə jurnalistlərə açıqlamasında bildirib. “Biz təşkilatdakı fəaliyyətimizi çoxdan dondurmuşuq, lakin onun fəaliyyətinə mane olmuruq. Eyni zamanda, KTMT çərçivəsində fəaliyyətə qayıtmaq perspektivi görmürük”, – Mirzoyan qeyd edib. Mirzoyan, həmçinin, KTMT Nizamnaməsində üzv ölkənin təşkilatın fəaliyyətindən kənarlaşdırılması mexanizminin olmadığını xatırladıb. Geri dön |