Ana Sayfa > Karusel / Dünya > “Reuters”: Ağ Evdə Melaniya Trampın təşkil edəcəyi tədbirdə Rusiyanı Kirill Dmitriyev təmsil edəcək

“Reuters”: Ağ Evdə Melaniya Trampın təşkil edəcəyi tədbirdə Rusiyanı Kirill Dmitriyev təmsil edəcək


Bu gün, 14:33. Yazar: Admin

Rusiya Prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev

 

Bu gün Ağ Evdə ABŞ-ın birinci xanımı Melaniya Trampın təşkil edəcəyi tədbirdə Rusiyanı Putinin xüsusi nümayəndəsi Kirill Dmitriyev təmsil edəcək.

Bu barədə “Reuters“ məsələdən məlumatlı iki mənbəyə istinadən məlum yayıb.

Qeyd edək ki, Melaniya Tramp bu gün Ağ Evdə Ukrayna və Rusiya nümayəndələrini bir araya gətirəcək. Melaniya Tramp Aleşkidəki atəşkəs barədə bəyanat verəcək.

Xatırladaq ki, ötən ayın sonunda Rusiya və Ukrayna arasında Aleşki səhərində lokal atəşkəs elan edilib. Ağ Evin məlumatına görə, atəşkəsin ərsəyə gəlməsi ABŞ-ın birinci xanımı Melaniya Trampın sayəsində baş tutub.


Geri dön