Ana Sayfa > Karusel / Kriminal > DTX İrandan dron vasitəsilə narkotik qaçaqmalçılığı təşkil edildiyini müəyyənləşdirib, iki nəfər saxlanılıb

DTX İrandan dron vasitəsilə narkotik qaçaqmalçılığı təşkil edildiyini müəyyənləşdirib, iki nəfər saxlanılıb


Bu gün, 14:20. Yazar: Admin

DTX İrandan dron vasitəsilə narkotik qaçaqmalçılığı təşkil edildiyini müəyyənləşdirib, iki nəfər saxlanılıb

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.

Qarabaginfo.az xəbər verir ki, həyata keçirilmiş uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində İran İslam Respublikasının sakini tərəfindən dron vasitəsilə Biləsuvar rayonunun "Cəbrayıl məcburi köçkün şəhərciyi"nin yaxınlığında xüsusilə külli miqdarda narkotik vasitənin qaçaq yolla keçirilməsinin təşkil edildiyi müəyyən olunub.

Keçirilmiş tədbirlər çərçivəsində narkotik vasitələri ərazidən götürüb sonradan satışını təşkil etmək məqsədilə gələn Azərbaycan Respublikası vətəndaşları Bədəlov Rüfət Bayram oğlu və Muxtarov Rüstəm Əli oğlu cinayət başında yaxalanaraq saxlanılıb.

Onlardan 14 kq 158 qram qurudulmuş marixuana, 979 qram metamfetamin və 23.1 qram tiryək aşkar edilərək götürülüb.

Faktla bağlı başlanılmış cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Geri dön