Ana Sayfa > Karusel / Manşet / Siyasət > Ərdoğan Zəfər Günü münasibətilə Azərbaycana səfər etməyi planlaşdırdığını bildirib 

Ərdoğan Zəfər Günü münasibətilə Azərbaycana səfər etməyi planlaşdırdığını bildirib 


Bu gün, 14:18. Yazar: Admin

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana səfər etməyi planlaşdırdığını bildirib.

Qarabaginfo.az  xəbər verir ki, o, bu barədə mediaya açıqlamasında məlumat verib.

“Fövqəladə bir vəziyyət yaranmasa, 8 noyabrda Azərbaycana səfər etməyi düşünürəm. İnşallah, bu səfər çərçivəsində lazımi addımları atmaq imkanımız olacaq”, – Türkiyə Prezidenti bildirib.

Ərdoğan Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin klassik diplomatik təmasların çox fövqündə olduğunu vurğulayıb: “İki ölkənin qırılmaz bağı ortaq tariximizin, mədəniyyətimizin, taleyimizin və İnşallah, gələcəyimizin məhsuludur. Türkiyə-Azərbaycan qardaşlığının aşa bilməyəcəyi heç bir maneə yoxdur”.


Geri dön