Ana Sayfa > Karusel / Gündəm > Azərbaycan-İran gömrük xidmətlərinin nümayəndələrinin görüşü olub

Azərbaycan-İran gömrük xidmətlərinin nümayəndələrinin görüşü olub


11-02-2021, 17:10. Yazar: Admin

Azərbaycan-İran gömrük xidmətlərinin nümayəndələrinin görüşü olub

İran İslam Respublikasının Astara şəhərində Azərbaycan və İran gömrük xidmətlərinin nümayəndələri arasında işçi görüş keçirilib.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Qarabaqinfo.az-a verilən məlumata görə, tədbirdə Azərbaycan və İran arasında mal və nəqliyyat vasitələrinin keçidinin sürətləndirilməsi və təhlükəsizliyi, iki ölkə arasında təsdiq olunmuş beynəlxalq baytarlıq sertifikatı əsasında İran İslam Respublikasının ərazisindən tranzit keçməklə iri və xırdabuynuzlu heyvanlar, atlar, diri quş və quşçuluq məhsullarının, birgünlük cücələr və damazlıq yumurtaların Azərbaycan Respublikasından Naxçıvan Muxtar Respublikasına və əks istiqamətdə daşınmasının təmin edilməsi məsələləri müzakirə olunub.

Görüşdə iştirak edən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin şöbə müdiri, Respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev iki ölkənin gömrük xidmətləri arasında sıx əməkdaşlığın digər qurumların işinə də müsbət təsir göstərdiyini bildirib, iki ölkənin müvafiq qurumları arasında əvvəlcədən aparılmış səmərəli danışıqlar nəticəsində beynəlxalq baytarlıq sertifikatının tətbiqinə razılıq verildiyini diqqətə çatdırıb.


Geri dön