Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Putin ABŞ-dakı seçkilərdən sonra Ukraynaya hücumları gücləndirməyi planlaşdırır
Ana Sayfa > Karusel / Dünya > Putin ABŞ-dakı seçkilərdən sonra Ukraynaya hücumları gücləndirməyi planlaşdırır

Putin ABŞ-dakı seçkilərdən sonra Ukraynaya hücumları gücləndirməyi planlaşdırır


Bu gün, 06:40. Yazar: Admin

Putin ABŞ-dakı seçkilərdən sonra Ukraynaya hücumları gücləndirməyi planlaşdırır

Rusiya ABŞ prezidenti Donald Trampın Ukraynanı Moskvanın şərtləri ilə sülh sazişi imzalamağa məcbur edə biləcəyinə artıq inanmır. Bu səbəbdən Kreml ABŞ-da keçirilən aralıq seçkilərdən sonra Ukraynaya hücumları gücləndirməyi planlaşdırır.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “Bloomberg“ məlumat yayıb.

Məlumata görə, respublikaçılar Konqres seçkilərində demokratlara uduzsa, Trampın siyasi mövqeləri zəifləyə bilər. Bu isə onun Ukrayna prezidenti Volodimir Zelenskini güzəştlərə məcbur etmək imkanlarını məhdudlaşdıra bilər.

Agentlik onu da yazır ki, Putin müharibəni uzatmaq, Ukraynanın enerji infrastrukturuna hücumları artırmaq və Avropaya təzyiq göstərmək niyyətindədir.


Geri dön