Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Oman sahillərində daha bir tanker hücuma məruz qalıb
Ana Sayfa > Karusel / Dünya > Oman sahillərində daha bir tanker hücuma məruz qalıb

Oman sahillərində daha bir tanker hücuma məruz qalıb


Bu gün, 06:39. Yazar: Admin

Oman sahillərində daha bir tanker hücuma məruz qalıb

Oman sahilləri yaxınlığında daha bir tankerə hücum edilib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Daşımalarının Koordinasiya Mərkəzi (UKMTO) məlumat yayıb.

Məlumata görə, hadisə Omanın Lima yaşayış məntəqəsindən 14 dəniz mili şimal-şərqdə baş verib.

Tankerin təhlükəsizlik xidmətinin nümayəndəsinin sözlərinə görə, gəminin mühərrik bölməsinə naməlum mənşəli iki mərmi düşüb.

İlkin məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb.


Geri dön