Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
Ana Sayfa > Karusel / Siyasət > Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib

Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib


Dünən, 22:33. Yazar: Admin

İliyana Yotova, Prezident İlham Əliyev

 

Prezident İlham Əliyev Bolqarıstan Respublikasının Prezidenti İliyana Yotovaya təbrik məktubu ünvanlayıb.

Qarabaginfo.az xəbər verir ki, təbrik məktubunda deyilir:

"Hörmətli xanım Prezident,

Bolqarıstan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram.

Xoş ənənələrə əsaslanan, qarşılıqlı hörmət və etimad ruhunda inkişaf edən Azərbaycan-Bolqarıstan dövlətlərarası münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur.

Əminəm ki, ölkələrimiz arasında dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın və strateji tərəfdaşlığımızın müvəffəqiyyətlə davam etdirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Bolqarıstan xalqının rifahı naminə ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram".


Geri dön