Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Paşinyan: Ermənistan 2027 və ya 2028-ci ildə Aİ-yə üzvlük üçün müraciət edə bilər
Ana Sayfa > Karusel / Region > Paşinyan: Ermənistan 2027 və ya 2028-ci ildə Aİ-yə üzvlük üçün müraciət edə bilər

Paşinyan: Ermənistan 2027 və ya 2028-ci ildə Aİ-yə üzvlük üçün müraciət edə bilər


3-11-2026, 22:10. Yazar: Admin

Ermənistanın Baş naziri Nikol Paşinyan

 

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin Avropa İttifaqına üzvlük üçün 2027 və ya 2028-ci ildə rəsmi müraciət etməsinin real olduğunu bildirib.

Qarabaginfo.az xəbər verir ki, Paşinyan bunu “Euronews”un Aİ-nin genişlənməsi sammitində deyib.

“Gələn il və 2028-ci il real ola bilər. Biz Avropa İttifaqına tamhüquqlu üzvlük üçün rəsmi müraciətin təqdim edilməsinə gətirib çıxaracaq prosesə başlamışıq”, – Paşinyan bildirib.

Ermənistan hökumətinin başçısı Aİ-yə üzvlüyü demokratiyanın qorunması baxımından strateji seçim adlandırıb və ermənilərin ölkənin gələcək istiqamətini müəyyən etməli olduğunu qeyd edib.

Qeyd edək ki, İrəvan hələ Aİ-yə rəsmi üzvlük müraciəti təqdim etməyib. Ermənistan hazırda Avropa Komissiyası ilə viza liberallaşdırılması üzrə dialoq aparır və bu prosesin 2029-cu ilədək başa çatdırılması nəzərdə tutulur.


Geri dön