Ana Sayfa > Karusel / Siyasət > Əraqçi: Məqsədimiz xarici müdaxilədən kənar regional təhlükəsizlik mexanizminin yaradılmasıdır

Əraqçi: Məqsədimiz xarici müdaxilədən kənar regional təhlükəsizlik mexanizminin yaradılmasıdır


Bu gün, 15:31. Yazar: Admin

İran XİN rəhbəri Abbas Əraqçi

 

İranın məqsədi regionda yeni təhlükəsizlik mexanizmlərinin yaradılmasıdır.

Qarabaginfo.az-ın məlumatına görə, bunu İranın xarici işlər naziri Abbas Əraqçi “X” sosial şəbəkəsində Qətərin “Əl-Cəzirə” telekanalına verdiyi müsahibəni şərh edərkən deyib.

O bildirib ki, müsahibəsində İranın Fars körfəzi Əməkdaşlıq Şurasına üzv ölkələrlə heç bir düşmənçiliyinin olmadığını vurğulayıb.

“Qətər və Omanın müsbət rolunu yüksək qiymətləndiririk və Səudiyyə Ərəbistanı ilə dialoqumuzu davam etdiririk”,-XİN rəhbəri bildirib.

Əraqçi əlavə edib ki, İranın məqsədi region ölkələrinin özləri tərəfindən, xarici hərbi qüvvələrin iştirakı olmadan yeni regional təhlükəsizlik mexanizmlərinin yaradılmasına nail olmaqdır.


Geri dön