Ana Sayfa > Karusel / İqtisadiyyat > Hörmüz boğazında üç neft tankerində partlayış baş verib

Hörmüz boğazında üç neft tankerində partlayış baş verib


Bu gün, 15:28. Yazar: Admin

 

Hörmüz boğazında üç neft tankerində partlayış baş verib

SEPAH-ın Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında qayda pozan üç neft tankerində partlayış və güclü yanğın baş verdiyini açıqlayıb.

Qarabaginfo.az-ın Tehran bürosunun məlumatına görə, SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin yaydığı məlumatda bildirilib ki, bu gün səhər saatlarından indiyədək Hörmüz boğazının qanunsuz keçid marşrutunda hərəkət edən üç neft tankerində partlayış və güclü yanğın baş verib.

Məlumatda qeyd olunub ki, tankerlər naviqasiya və tanınma sistemlərini söndürərək Hörmüz boğazının qanunsuz marşrutları ilə hərəkət etdiklərinə görə dəniz minalarına düşərək partlayıblar. Hazırda həmin gəmilər boğazın cənub sahillərində tərk edilmiş vəziyyətdə yanmaqda davam edir.

Əlavə edilib ki, Hörmüz boğazında İran tərəfindən müəyyən edilmiş qaydalar radiostansiyalar və hərbi dəniz qüvvələrinin bildirişləri vasitəsilə dəfələrlə bütün gəmilərə çatdırılıb.

Gəmilərin bu qaydalara əməl etməməsi, onları nəzərə almaması və Hörmüz boğazının qanunsuz marşrutlarından keçmək üçün ABŞ ordusu ilə əməkdaşlıq etməsinin bu cür hadisələrlə nəticələnəcəyi ilə bağlı xəbərdarlıq edilib.

 


Geri dön