Ana Sayfa > Karusel / Siyasət > Lavrov: Avropa Rusiya ilə müharibəyə başlamağa qərar verərsə, cavab qısa olacaq

Lavrov: Avropa Rusiya ilə müharibəyə başlamağa qərar verərsə, cavab qısa olacaq


Bu gün, 15:12. Yazar: Admin

Rusiyanın xarici işlər naziri Sergey Lavrov

 

Rusiya Avropa ilə silahlı qarşıdurma planlaşdırmır.

RT xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Minskdə keçirilən IV Beynəlxalq Avrasiya Təhlükəsizliyi Konfransında çıxışı zamanı bildirib.

“Prezident Vladimir Putin son vaxtlar dəfələrlə bəyan edib ki, biz Avropa ilə hər hansı müharibə istəmirik və belə bir müharibə planlaşdırmırıq”, – Lavrov vurğulayıb.

Bununla yanaşı, Rusiyanın xarici işlər naziri Avropa ilə müharibənin baş verəcəyi təqdirdə onun fərqli xarakter daşıyacağını və çox qısa müddətdə başa çatacağını bildirib.

“Əgər müharibə olacaqsa, bu, başqa cür və çox qısa olacaq”, – Lavrov qeyd edib.


Geri dön