Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205
Ana Sayfa > Karusel / Siyasət > Putin rusiyalıların MDB ölkələrində gəlirləri haqqında məlumat toplamağa icazə verən qanunu imzalayıb
Putin rusiyalıların MDB ölkələrində gəlirləri haqqında məlumat toplamağa icazə verən qanunu imzalayıbBu gün, 15:00. Yazar: Admin |
|
Rusiya prezidenti Vladimir Putin məhkəmə icraçılarına rusiyalıların MDB ölkələrində işi, hesabları və gəlirləri haqqında məlumat toplamağa icazə verib. Qarabaginfo.az xəbər verir ki, Putin Rusiya məhkəmə icraçıları xidmətinə digər ölkələrin məhkəmə icraçılarından rusiyalılar barədə məlumat sorğulamağa imkan verən sazişin ratifikasiyası haqqında qanunu imzalayıb. Qeyd edək ki, saziş Rusiya, Azərbaycan, Ermənistan, Qırğızıstan, Tacikistan, Belarus, Özbəkistan və Qazaxıstan tərəfindən 2025-ci ilin mayında imzalanıb. Bununla belə, Belarus rusiyalıların banklarındakı məbləğlərini və adlarını açıqlamadan yalnız hesabların mövcudluğu faktını bildirməyə razılaşıb, Özbəkistan qeyri-məhkəmə orqanlarının və notariusların qərarları əsasında edilən sorğulara cavab verməyəcəyini, Qazaxıstan isə bank məlumatlarının ötürülməsini öz qanunlarının normaları ilə məhdudlaşdırdığını bildirib. Geri dön |