Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205
Ana Sayfa > Karusel / İnfrastruktur > Qaradağda yeni körpülərin sayı 5-ə çatıb, onlardan 3-ü Qobustandadır
Qaradağda yeni körpülərin sayı 5-ə çatıb, onlardan 3-ü QobustandadırBu gün, 09:16. Yazar: Admin |
|
Qaradağ rayonunda yol infrastrukturunun yenilənməsi istiqamətində görülən işlər davam etdirilir. Qarabaginfo.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, son bir neçə ay ərzində rayonda 5 yeni körpü inşa edilərək istifadəyə verilib. Onlardan 3-ü Qobustan qəsəbəsi ərazisində, Bakı–Ələt–Qazax magistral avtomobil yolunun 55-ci kilometrində, digər 2-si isə Səngəçal–Çeyildağ və Lökbatan–Güzdək avtomobil yollarında yerləşir. Qobustanda istifadəyə verilən üçüncü körpünün uzunluğu 45,2 metr, hərəkət hissəsinin eni isə 10 metrdir. Qeyd edək ki, eyni ərazidə yerləşən dördüncü körpünün də sökülərək yenidən inşasına yaxın günlərdə başlanılması nəzərdə tutulur. Geri dön |