Ana Sayfa > Karusel / Dünya > ABŞ hərbi təyyarəsi Qəşm adasında raket qurğusunu məhv edib

ABŞ hərbi təyyarəsi Qəşm adasında raket qurğusunu məhv edib


Bu gün, 07:19. Yazar: Admin

ABŞ hərbi təyyarəsi Qəşm adasında raket qurğusunu məhv edib - YENİLƏNİB

ABŞ-a məxsus hərbi təyyarə özünümüdafiə məqsədilə zərbə endirərək İranın Qəşm adasında yerləşən raket buraxılış qurğusunu məhv edib.

Bu barədə “Axios” portalı ABŞ rəsmisinə istinadən məlumat yayıb.

Məlumatda bildirilir ki, zərbə İran qüvvələrinin ABŞ-ın regiondakı hərbi qüvvələrinə qarşı yer-hava tipli raketlərdən istifadə etməsinə cavab olaraq həyata keçirilib.

Qeyd edim ki, “Reuters“ və “Associated Press“ də ABŞ-ın Qəşm adasına zərbə endirdiyini təsdiqləyən məlumatlar yayıb.


Geri dön