Ana Sayfa > Karusel / Kriminal > Gəncədə korrupsiya əməliyyatı - Vəzifəli şəxs saxlanıldı

Gəncədə korrupsiya əməliyyatı - Vəzifəli şəxs saxlanıldı


Dünən, 21:33. Yazar: Admin

gencede-korrupsiya-emeliyyati

Gəncədə Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsində korrupsiya əməliyyatı keçirildiyi bildirilir.

Qarabaginfo.az “Bakupost”a istinadən xəbər verir ki, əməliyyat Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilib.

Əməliyyat zamanı idarənin Rüfət adlı vergi müfəttişinin saxlanıldığı bildirilir.

Hələlik əməliyyatın hansı faktlarla bağlı keçirildiyi və saxlanılan şəxsin nədə şübhəli bilindiyi məlum deyil.


Geri dön