Ana Sayfa > Karusel / Gündəm > Akar: “Türk millətinin müdafiəsi üçün Türkiyə və Azərbaycan ordularına hamının etibar etməli olduğunu göstərdik”
Akar: “Türk millətinin müdafiəsi üçün Türkiyə və Azərbaycan ordularına hamının etibar etməli olduğunu göstərdik”11-02-2021, 15:58. Yazar: Admin |
Türkiyə və Azərbaycan Silahlı Qüvvələrinin əməkdaşlıq etməsi çox vacibdir. Ölkələrimizin, xalqlarımızın, nəcib türk millətinin müdafiəsi və təhlükəsizliyi üçün Türkiyə və Azərbaycan ordularına hər kəsin etibar etməli olduğunu göstərdik”. Qarabaqinfo.az-ın xəbərinə görə, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar Qarsda keçirilən Türkiyə-Azərbaycan birgə hərbi təlimlərində çıxışı zamanı deyib. Türkiyə və Azərbaycanın qardaş dövlətlər olduğunu xatırladan nazirin sözlərinə görə, bunun sözdə olmadığını 44 günlük hərəkat açıq-aydın göstərib. “Bizim həqiqətən də kədərimiz və sevincimiz birdir. Nə lazımdırsa etdik və edəcəyik. İnşallah, bundan sonra da əməkdaşlığımız davam edəcək. Azərbaycanlı qardaşlarımız bizimlə bərabər qardaşcasına əmin-amanlıqda yaşayacaqlar”, - deyə H. Akar vurğulayıb Geri dön |