Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Abdullah Öcalan İmralı həbsxanasında yeni bölməyə köçürülüb
Ana Sayfa > Karusel / Dünya > Abdullah Öcalan İmralı həbsxanasında yeni bölməyə köçürülüb

Abdullah Öcalan İmralı həbsxanasında yeni bölməyə köçürülüb


Bu gün, 08:11. Yazar: Admin

Abdullah Öcalan İmralı həbsxanasında yeni bölməyə köçürülüb

PKK terror təşkilatının həbsdə olan lideri Abdullah Öcalan Türkiyənin İmralı adasındakı həbsxananın yeni tikilmiş bölməsinə köçürülüb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə DEM Partiyasının İmralı nümayəndə heyətinin üzvü Mithat Sancar açıqlama verib.

Onun sözlərinə görə, Öcalanın yeni bölməyə köçürülməsi Türkiyədəki sülh prosesinin sürətləndirilməsi üçün imkan yarada bilər.

DEM Partiyasının digər nümayəndəsi Pervin Buldan isə bildirib ki, yeni bölmə həbsxananın ərazisində yerləşir və Öcalanın iş şəraitinin yaxşılaşdırılması məqsədi daşıyır. O, köçürülmənin Öcalana yeni hüquqi və ya siyasi status vermədiyini vurğulayıb.

Buldanın sözlərinə görə, Öcalan sülh və siyasiləşmə koordinatoru kimi prosesə töhfə vermək istəyir, lakin bu status hələ rəsmiləşdirilməyib.


Geri dön