Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Suriyada neft emalı zavoduna qarşı terror aktının qarşısı alınıb
Ana Sayfa > Karusel / Dünya > Suriyada neft emalı zavoduna qarşı terror aktının qarşısı alınıb

Suriyada neft emalı zavoduna qarşı terror aktının qarşısı alınıb


Bu gün, 08:08. Yazar: Admin

Suriyada neft emalı zavoduna qarşı terror aktının qarşısı alınıb

Suriyanın keçid hökumətinin Daxili İşlər Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Homs şəhərindəki neft emalı zavoduna qarşı terror hücumunun qarşısının alındığını açıqlayıb.

Qarabaginfo.az xəbər verir ki, SANA agentliyinin məlumatına görə, xüsusi xidmət orqanları terror qruplaşmasının hərəkətlərini izləyərək əməliyyat keçirib və hücumdan bir qədər əvvəl silahlıları saxlayıb.

Saxlanılan şəxslərdən kamikadze kəmərləri, kustar üsulla hazırlanmış partlayıcı qurğular, məsafədən partlatma üçün elektron avadanlıqlar və zavodun ətraflı xəritələri götürülüb.

Əməliyyat zamanı təhlükəsizlik qüvvələri itki verməyib. Hadisədən sonra Suriyadakı bütün enerji obyektlərinin mühafizəsi gücləndirilərək ən yüksək hazırlıq səviyyəsinə qaldırılıb.

Qeyd edək ki, Homsdakı neft emalı zavodu və Baniyas limanındakı neft emalı kompleksi ölkənin daxili bazarının neft məhsulları ilə təminatında mühüm rol oynayır.


Geri dön