Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > İliyana Yotova Bolqarıstanda prezident seçkilərində qələbə çalıb
Ana Sayfa > Karusel / Dünya > İliyana Yotova Bolqarıstanda prezident seçkilərində qələbə çalıb

İliyana Yotova Bolqarıstanda prezident seçkilərində qələbə çalıb


Bu gün, 08:03. Yazar: Admin

İliyana Yotova Bolqarıstanda prezident seçkilərində qələbə çalıb - YENİLƏNİB

Bolqarıstan Mərkəzi Seçki Komissiyası (MSK) prezident seçkilərinin ikinci turunda səslərin hesablanmasının rəsmi nəticələrini açıqlayıb.

Qarabaginfo.az xəbər verir ki, MSK-nın saytında dərc olunan məlumata görə, prezident və vitse-prezident vəzifələrinə namizədlər İliyana Yotova və Kiril Valçev seçicilərin səslərinin 57,636 faizini (1 milyon 77 mindən çox səs) toplayıblar.

Andrey Gyurov və Georgi Kandev isə 39,402 faiz (təxminən 736 min səs) qazanıblar.

Nəticələr yerli vaxtla saat 03:00-a olan məlumata əsasən, seçki komissiyalarının protokollarının 98,43 faizinin hesablanması əsasında açıqlanıb.

Səsvermənin yekun nəticələri noyabrın 4-dən gec olmayaraq elan ediləcək.


Geri dön