Ana Sayfa > Karusel / Gündəm / Səhiyyə > Baş infeksionist: “Uşaqlar koronavirusu yüngül keçirsə də, yaşlıları yoluxdura bilər”
Baş infeksionist: “Uşaqlar koronavirusu yüngül keçirsə də, yaşlıları yoluxdura bilər”11-02-2021, 15:15. Yazar: Admin |
“Pandemiyanın ilk vaxtlarından uşaqlar böyüklərə nisbətən koronavirus xəstəliyini daha yüngül keçirirlər”. Qarabaqinfo.az-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov “Məktəblərdə COVID-19” mövzusunda canlı yayımda çıxışı zamanı deyib. O bildirib ki, onlar yoluxsalar da, daha çox simptomsuz olurlar: “Uşaqlar xəstələnsələr də ağır hallara, pnevmoniyanın baş verməsinə çox az rast gəlinir. Onlar həddən artıq kök, yanaşı ağır xəstəlikləri olduqda xəstəliyi keçirən zaman ağırlaşmalar ola bilər”.
Geri dön |