Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > “Binance” haker hücumu nəticəsində oğurlanan aktivlərin 90 faizini kompensasiya edib
Ana Sayfa > Karusel / Dünya > “Binance” haker hücumu nəticəsində oğurlanan aktivlərin 90 faizini kompensasiya edib

“Binance” haker hücumu nəticəsində oğurlanan aktivlərin 90 faizini kompensasiya edib


Bu gün, 20:59. Yazar: Admin

 

“Binance” haker hücumu nəticəsində oğurlanan aktivlərin 90 faizini kompensasiya edib

Kriptovalyuta birjası “Binance” haker hücumu nəticəsində oğurlanan vəsaitlər üzrə itkilərin 90 faizini kompensasiya edib.

Qarabaginfo.az  xəbər verir ki, bu barədə kriptovalyuta platformasının yaydığı məlumatda bildirilib.

Açıqlamaya əsasən, Bitcoin (BTC), Ethereum (ETH), USDT, BNB, Solana (SOL), USDC, XRP, USD1, RLUSD və ZEC aktivləri üzrə təminat səviyyəsi artıq 100 faizə çatdırılıb.

“Hazırda itkilərin kompensasiya səviyyəsi 90 faizə yüksəlib. BTC, ETH, USDT, BNB, SOL, USDC, XRP, USD1, RLUSD və ZEC aktivləri tam həcmdə təmin olunub”, – deyə məlumatda qeyd edilib.

Şirkət çatışmayan tokenlərin bazar və birjadankənar kanallar vasitəsilə alınmasını davam etdirəcəyini açıqlayıb. Məqsəd bütün aktivlər üzrə kompensasiya səviyyəsini 100 faizə çatdırmaqdır.

“Binance” oğurluq nəticəsində yaranan maliyyə itkilərini öz üzərinə götürdüyünü də bildirib.

Qeyd edək ki, oktyabrın 29-da kriptovalyuta birjası haker hücumuna məruz qaldığını açıqlayıb. İlkin qiymətləndirmələrə əsasən, mümkün itkilər 6,3 milyard dollara çata bilər.

Şirkətin məlumatına görə, istifadəçilərin depozitlərinə zərər dəyməyib və onlara giriş adi rejimdə mümkündür. Bununla belə, vəsaitlərin yatırılması və çıxarılması əməliyyatları müvəqqəti dayandırılıb. Birja bu xidmətlərin yaxın iki sutka ərzində bərpa olunacağını gözləyir.


Geri dön