Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > XİN rəhbəri: Varşavadakı hadisələr Polşanın prezident respublikasına çevrilməsinin qarşısını almaq məqsədi daşıyıb
Ana Sayfa > Karusel / Siyasət > XİN rəhbəri: Varşavadakı hadisələr Polşanın prezident respublikasına çevrilməsinin qarşısını almaq məqsədi daşıyıb

XİN rəhbəri: Varşavadakı hadisələr Polşanın prezident respublikasına çevrilməsinin qarşısını almaq məqsədi daşıyıb


Bu gün, 20:47. Yazar: Admin

Polşanın xarici işlər naziri Radoslav Sikorski

 

Varşavadakı hadisələr Polşanın prezident respublikasına çevrilməsinin qarşısını almaq məqsədi daşıyıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Polşanın xarici işlər naziri Radoslav Sikorski “X” sosial şəbəkəsindəki hesabında paylaşımında bildirib.

“Dünən gecə Varşavadakı Konstitusiya Tribunalında baş verənlər heç də xoş görünmürdü. Lakin alternativ olaraq Polşanın konstitusiyaya zidd şəkildə prezident respublikasına çevrilməsinə razılaşmaq olardı. Polşa parlament tərəfindən seçilmiş koalisiya hökuməti tərəfindən idarə olunmağa davam edir”, – nazirin paylaşımında deyilir.

Qeyd edək ki, oktyabrın 30-da Polşanın Konstitusiya Tribunalında hakimiyyət və məhkəmə sisteminin idarə olunması ilə bağlı gərginlik yaşanıb. Tribunalın rəhbəri Boqdan Şventçkovskinin vəzifəsinin dayandırılması ilə bağlı qərardan sonra binanın qarşısında etiraz aksiyası keçirilib. Polşa Prezidenti Karol Navrotski səfərini yarımçıq qoyaraq Varşavaya qayıdıb və hadisələri konstitusiya quruluşunun pozulması kimi qiymətləndirib.

Sikorski isə daha əvvəl polis müdaxiləsini Tribunalın fəaliyyətinin bərpası və parlament tərəfindən seçilmiş hakimlərin işə başlaması zərurəti ilə əsaslandırıb.


Geri dön