Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > ​​​​​​​Tramp Rusiya ilə Ukrayna arasında sülh sazişinin G20 sammitində imzalana biləcəyini istisna etməyib
Ana Sayfa > Karusel / Dünya > ​​​​​​​Tramp Rusiya ilə Ukrayna arasında sülh sazişinin G20 sammitində imzalana biləcəyini istisna etməyib

​​​​​​​Tramp Rusiya ilə Ukrayna arasında sülh sazişinin G20 sammitində imzalana biləcəyini istisna etməyib


Dünən, 20:35. Yazar: Admin

Donald Tramp

 

ABŞ Prezidenti Donald Tramp Rusiya və Ukrayna arasında sülh sazişinin dekabrda keçiriləcək G20 sammiti çərçivəsində imzalana biləcəyini istisna etməyib.

Qarabaginfo.az xəbər verir ki, o, “Benny Show”a müsahibəsində Rusiya-Ukrayna müharibəsinin nizamlanması istiqamətində razılaşmanın əldə olunmasına yaxınlaşdıqlarını bildirib.

“Düşünürəm ki, biz orada razılaşma əldə etməyə yaxınlaşırıq. Əvvəllər bunu demirdim. İndi isə bunu deyə bilərəm”, – Tramp qeyd edib.

Onun sözlərinə görə, dekabrda Floridada, özünə məxsus Doral kompleksində keçirilməsi planlaşdırılan G20 sammitində Rusiya və Ukrayna arasında mümkün razılaşma müzakirə oluna bilər.

Tramp İranla sülhün də bu razılaşmalar prosesinin bir hissəsi ola biləcəyinə ümid etdiyini bildirib.

“Bəli, biz çoxsaylı razılaşmalar üzərində işləyirik. Çoxlu razılaşmalar”, – ABŞ Prezidenti vurğulayıb.


Geri dön