Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > İran XİN rəhbəri: Müharibənin baş verməsi ehtimalını istisna etmirik
Ana Sayfa > Karusel / Siyasət > İran XİN rəhbəri: Müharibənin baş verməsi ehtimalını istisna etmirik

İran XİN rəhbəri: Müharibənin baş verməsi ehtimalını istisna etmirik


Bu gün, 20:34. Yazar: Admin

Abbas Əraqçi

 

"Silah imkanlarımızı yeniləmişik".

Qarabaginfo.az-ın məlumatına görə, bunu İranın xarici işlər naziri Abbas Əraqçi Qətərin “Əl-Cəzirə” telekanalına müsahibəsində deyib.

Əraqçi İranla Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) arasında əməkdaşlıqdan danışarkən bildirib ki, Agentliklə əməkdaşlığın normal vəziyyətə qayıtması üçün hələ çox iş görülməlidir.

O qeyd edib ki, İran Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilənin (NPT) üzvüdür və bu müqavilə çərçivəsində üzərinə götürdüyü öhdəliklərə sadiqdir.

Nazir bildirib ki, İran silah imkanlarını yeniləyib, zəif tərəflərini aradan qaldırıb və yeni silahları sınaqdan keçirib. Onun sözlərinə görə, İran silahlı qüvvələri ən yüksək hazırlıq səviyyəsindədir.

Əraqçi vurğulayıb ki, müharibənin baş verməsi ilə bağlı heç bir ehtimalı istisna etmirlər və bütün ssenarilərə hazırdırlar.

O, Livan da daxil olmaqla, bütün cəbhələrdə müharibənin dayandırılmasını və başa çatmasını istədiklərini bildirib.

Əraqçi, həmçinin Hörmüz boğazının açılmasını İran və Oman Sultanlığı tərəfindən müəyyən edilmiş yeni gəmiçilik marşrutunun qəbul edilməsi və digər marşrutların bağlanması şərti ilə əlaqələndirib.


Geri dön