Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Nazir: Polşada Konstitusiya Məhkəməsi ətrafında vəziyyət sabitləşib
Ana Sayfa > Karusel / Dünya > Nazir: Polşada Konstitusiya Məhkəməsi ətrafında vəziyyət sabitləşib

Nazir: Polşada Konstitusiya Məhkəməsi ətrafında vəziyyət sabitləşib


Bu gün, 14:55. Yazar: Admin

Nazir: Polşada Konstitusiya Məhkəməsi ətrafında vəziyyət sabitləşib

Polşanın ədliyyə naziri Valdemar Jurek Konstitusiya Məhkəməsinin binası qarşısında baş verən hadisələrə münasibət bildirib.

Nazir "TVN24" kanalınaın efirində prokurorluq və polisin vəziyyətin daha da gərginləşməsinin qarşısını aldığını deyib.

“Prokurorluq və polis müəyyən mənada imtahandan keçdi, çünki eskalasiyaya yol vermədilər. Faktiki olaraq Konstitusiya Məhkəməsinin binasına hücum edən şəxslər oradan çıxarıldı və ya özləri oranı tərk etdilər. Bu baxımdan vəziyyətin sabitləşdiyini demək olar”, – Jurek bildirib.

Nazir hakimlərin qərarlarının onun üçün inandırıcı olduğunu da qeyd edib. Onun sözlərinə görə, qanuni seçilmiş hakimlərin fəaliyyətə başlaması üçün hüquqi vasitələrdən istifadə edilməli idi.

“Ümumi iclasın keçirilməsini çox istərdim. Bu iclas büdcə məsələlərini, eləcə də, ola bilsin, toxunulmazlıq məsələlərini həll etməlidir”, – nazir əlavə edib.

Qeyd edək ki, Polşada Baş nazir Donald Tuskun öz hökumətində keçmiş nazir olmuş Maciej Bereki Konstitusiya Məhkəməsinə hakim təyin etməsi ilə bağlı gərginlik yaranıb. Bu qərardan sonra son həftələrdə məhkəmənin binası qarşısında mütəmadi etiraz aksiyaları keçirilir.


Geri dön