Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Azərbaycanda 1500-dən çox vətəndaş orqan donorluğu üçün növbə gözləyir
Ana Sayfa > Karusel / Səhiyyə > Azərbaycanda 1500-dən çox vətəndaş orqan donorluğu üçün növbə gözləyir

Azərbaycanda 1500-dən çox vətəndaş orqan donorluğu üçün növbə gözləyir


Bu gün, 14:47. Yazar: Admin

Orqan Donorluğu və Transplantasiya üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova

 

Azərbaycanda 1500-dən çox vətəndaş orqan donorluğu üçün növbə gözləyir.

Qarabaginfo.az xəbər verir ki, bunu Orqan Donorluğu və Transplantasiya üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycanda 1800 vətəndaş ölümündən sonra orqanlarının bağışlanması üçün qeydiyyatdan keçib:

"Əgər həmin şəxslər beyin ölümü keçirərsə, ailələrinin razılığı alınmadan onların orqanları başqalarına transplantasiya olunacaq. 50-dən çox şəxs ürək transplantasiyası üçün növbə gözləyir. Dünən məktub aldım ki, xəstələrdən ikisi artıq vəfat edib. Ümumiyyətlə, hər il 50-60 qaraciyər gözləyən xəstəmiz həyatını itirir".


Geri dön