Dövlət sərhədindən buraxılış məntəqələrində gömrük nəzarəti və sərhədkeçmə prosesləri ilə bağlı monitorinqlər aparılıb.
Qarabaginfo.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, Komitənin Gömrük İnzibatçılığı Baş İdarəsinin rəisi Orxan Nuriyevin rəhbərlik etdiyi nümayəndə heyəti tərəfindən həyata keçirilən monitorinqlər çərçivəsində “Samur”, “Şirvanlı”, “Xanoba” və “Yalama” dövlət sərhədindən buraxılış məntəqələrində mal və nəqliyyat vasitələri üzərində aparılan gömrük baxışı və gömrük yoxlaması tədbirləri, həmçinin sərhədkeçmə prosesləri əyani şəkildə izlənilib.
Eyni zamanda monitorinqlər çərçivəsində gömrük nəzarəti, sərhədkeçmə prosesləri, yük və nəqliyyat axınlarının səmərəli şəkildə idarə olunması ilə bağlı həyata keçirilən təkmilləşdirilmələr və yeniliklər barədə də ətraflı izahlar verilib.