Azərbaycan öz ərazi bütövlüyü və suverenliyini tam bərpa edib, münaqişəyə son qoyub.
Xarici İşlər Nazirliyindən Qarabaginfo.az-a verilən xəbərə görə, bunu xarici işlər naziri Ceyhun Bayramov bu gün Azərbaycan Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçıları Şurasının 13-cü Zirvə görüşündə çıxışında deyib.
XİN rəhbəri Azərbaycan tərəfindən irəli sürülmüş prinsiplər əsasında hazırlanmış sülh sazişi mətninin ötən il paraflandığını xatırladıb.
Ceyhun Bayramov sazişin imzalanması üçün Ermənistanın zəruri siyasi və hüquqi addımlar atmasının vacibliyini vurğulayıb.
Eyni zamanda, Qarabağ və Şərqi Zəngəzur bölgələrində genişmiqyaslı bərpa və quruculuq işlərinin aparıldığı, müasir infrastrukturun yaradıldığı, təxminən 100 min nəfərin həmin ərazilərdə yaşadığı, işlədiyi və təhsil aldığı bildirilib.
Orta Dəhlizin inkişafı, Zəngəzur dəhlizinin reallaşdırılması, nəqliyyat bağlantılarının genişləndirilməsi, qarşılıqlı investisiyalar və birgə layihələrin ticarət və sənaye sahələrində əməkdaşlıq üçün yeni imkanlar yaratdığı qeyd olunub.