Britaniyanın “Shell” enerji şirkəti öz müəssisələrində dizel yanacağı istehsalını rekord səviyyəyə çatdırıb.
Qarabaginfo.az xəbər verir ki, bu barədə şirkətin baş icraçı direktoru Vael Savan telekonfrans zamanı bildirib.
Onun sözlərinə görə, Niderlandda yerləşən “Pernis” neft emalı zavodu avqust ayında dizel yanacağı istehsalında rekord müəyyən edib.
Kanadadakı “Scotford” müəssisəsində isə aviasiya kerosini istehsalı ən yüksək səviyyəyə çatıb.
Xatırladaq ki, Rusiya Baş nazirinin müavini Aleksandr Novak daha əvvəl Hörmüz boğazının bağlanması, sanksiyalar və neft emalı zavodlarına hücumlar nəticəsində dünya bazarında dizel yanacağı qıtlığının yarandığını bildirmişdi.
Onun qiymətləndirməsinə görə, qlobal dizel çatışmazlığı bazarın təxminən dörddəbirinə bərabərdir.
Beynəlxalq Enerji Agentliyinin məlumatına əsasən, sentyabrın ortalarında Sinqapurda dizel yanacağının topdansatış qiyməti 200 dolları, Avropa və ABŞ-də isə bir barel üçün 220 dolları ötərək tarixi maksimuma çatıb.