
Ana Sayfa > Karusel / Dünya > Putin: Rusiya Baltik dənizində Hörmüz boğazı və Fars körfəzindəki vəziyyətə bənzər gərginliyin yaranmasını istəmir
Putin: Rusiya Baltik dənizində Hörmüz boğazı və Fars körfəzindəki vəziyyətə bənzər gərginliyin yaranmasını istəmirDünən, 22:54. Yazar: Admin |
|
![]() Rusiya Baltik dənizində gərginliyin yaranmasında maraqlı deyil, lakin istənilən çağırışa cavab verməyə hazırdır. TASS xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Rusiya–Afrika sammitinin yekunlarına dair mətbuat konfransında bildirib. Onun sözlərinə görə, Baltik dənizində təhlükəsizlik məsələsi Finlandiya Prezidenti Aleksandr Stubb və Norveçin Baş naziri Yonas Qar Störe ilə telefon danışıqları zamanı müzakirə olunub. Putin vurğulayıb ki, Moskva Baltik dənizində Hörmüz boğazı və Fars körfəzindəki vəziyyətə bənzər gərginliyin yaranmasını istəmir. “Biz bunu istəmirik. Amma istənilən çağırışa cavab verəcəyik”, – deyə Rusiya Prezidenti bildirib. Geri dön |