Ana Sayfa > Karusel / Siyasət > Kreml Rusiya-Afrika sammiti zamanı Ukraynanın Moskvaya kütləvi dron hücumunu qəribə adlandırıb
Kreml Rusiya-Afrika sammiti zamanı Ukraynanın Moskvaya kütləvi dron hücumunu qəribə adlandırıbBu gün, 14:38. Yazar: Admin |
|
Rusiya-Afrika sammiti zamanı Ukrayna ordusunun Moskvaya kütləvi dron hücumu “xüsusi hərbi əməliyyat”ın davam etməli olduğunu bir daha vurğulayır. Qarabaginfo.az xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib. Kremlin sözçüsü Rusiya-Afrika sammitinin keçirildiyi günlərdə Moskvaya kütləvi PUA hücumunu qəribə adlandırıb. Onun sözlərinə görə, bu, ona görə qəribədir ki, Rusiya paytaxtında dünya miqyasında tədbir keçirilir: “Şükürlər olsun ki, Hava Hücumundan Müdafiə sistemlərimiz effektiv işləyir. Bu bir daha göstərir ki, xüsusi hərbi əməliyyat davam etməlidir. Ona görə davam etməlidir ki, belə təhdidlərdən özümüzü sığortalayaq". Qeyd edək ki, Moskvada oktyabr 28-29-da Rusiya-Afrika sammiti keçirilir. Sammitin keçirilməsi ilə əlaqədar Moskvanın mərkəzində, üçüncü dairəvi yol çərçivəsində ardıcıl olaraq 3 gündür mobil internet söndürülüb. Geri dön |