Ana Sayfa > Karusel / Dünya > ABŞ-da nüvə obyektində yanğın və radiasiya sızması baş verib

ABŞ-da nüvə obyektində yanğın və radiasiya sızması baş verib


Bu gün, 08:51. Yazar: Admin

ABŞ-da nüvə obyektində yanğın və radiasiya sızması baş verib

ABŞ-ın Cənubi Karolina ştatında yerləşən “Savanna-River” (SRS) nüvə kompleksinin laboratoriyasında baş verən yanğın radiasiya sızmasına və ərazidə fövqəladə vəziyyət elan edilməsinə səbəb olub.

Qarabaginfo.az xəbər verir ki, bu barədə yerli “News 12” telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, hadisə çərşənbə günü axşam saatlarında qeydə alınıb. Kompleksin rəhbərliyi bildirib ki, laboratoriyanın otaqlarından birində yanğın baş verib və nəticədə yer səviyyəsində filtrlənməmiş radiasiya emissiyası qeydə alınıb.

Bununla yanaşı, kompleksin rəhbərliyi radioaktiv çirklənmənin laboratoriyanın zədələnmiş binasından kənarda və nüvə kompleksinin sərhədləri daxilində digər ərazilərdə aşkar edilmədiyini açıqlayıb.


Geri dön