Pentaqonun baş müfəttişi bir qrup ABŞ senatorunun müraciətinə baxmayaraq, Ukraynada Starlink və “Starshield” peyk rabitəsi sistemlərinin işində yaranan fasilələrlə bağlı araşdırma aparmaqdan imtina edib.
Qarabaginfo.az xəbər verir ki, bu barədə “Associated Press“ (AP) agentliyi məlumat yayıb.
Agentliyin əldə etdiyi cavab məktubunda Pentaqonun baş müfəttişi senatorların suallarına ABŞ Hərbi Hava Qüvvələrinin daha dolğun cavab verə biləcəyini bildirib.
AP qeyd edir ki, qanunvericilər bu cavabı “SpaceX” şirkətinin rəhbəri İlon Maskın fəaliyyəti ilə bağlı araşdırma aparılmasından imtina kimi qiymətləndiriblər.